UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lyon”-“Fənərbaxça” matçının final fitindən sonra meydanda insident baş verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, öz evində 2:1 hesabı ilə məğlub olan Fransa klubunun futbolçuları Matteo Genduziyə hücum ediblər. Qısa müddətdə tərəflər arasında mübahisə böyüyüb və meydanda qarışıqlıq yaranıb.
Daha sonra Genduzi dəhlizə doğru hərəkət edərkən bir nəfər tribunadan meydana daxil olaraq futbolçunu sıxışdırmağa başlayıb. Komandaların üzvləri və təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, “Fənərbaxça” bu qələbə ilə 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.