PSJ və Fransa yığmasının hücumçusu Bredli Barkola milliyə kömək edə bilməyəcək.
Xatırladaq ki, futbolçu sentyabrın ortalarından bud nahiyəsindən zədə alıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Barkola problemlərini baş məşqçi Didye Deşama bildirib və o, onu Fransa millisinə çağırmamağa qərar verib.
Barkolanın yerinə Florian Toven milliyə çağırılıb.
Fransa millisi 2026-cı il Dünya çempionatının seçmə mərhələsində Azərbaycan və İslandiya ilə görüşlər keçirəcək.