Maliyyə böhranı ilə mübarizə aparan və TFF 2-ci liqaya düşən “Adanaspor”un futbolçuları borclarını ala bilmədiyi üçün klubdan FİFA-ya şikayət edir. Bu vəziyyətlə üzləşən bir çox futbolçu komandanı tərk edir.
Mövsümün sona yaxınlaşması ilə TFF 2-ci liqaya düşən "Adanaspor" bir çox futbolçu ilə yollarını ayırmağı planlaşdırarkən, klubdaxili maliyyə böhranı böyüyür.
Klubdakı mənbələrdən alınan məlumata görə, bir çox futbolçu borclarını ala bilmədiyi üçün “Adanaspor”dan FİFA-ya şikayət edib. Bu futbolçular arasında heyətdən kənarda qalan Abdoulaye Dabo, Samuel Yepi Yepi və Çek Umar Diakite də var.
Mövsümün ortasında transfer dönəmində komandaya qoşulan Loret Sadiku və Andrey İvan maaşlarını almadıqları üçün FİFA-ya müraciət edənlərə qoşulub. FİFA-nın rəsmi saytında hələlik bu şikayətlərlə bağlı qərar olmasa da, yaxın həftələrdə prosesin rəsmiləşəcəyi gözlənilir.
Klubdakı böhran səbəbindən müdafiəçi İsaak Donkorun müqaviləsinə xitam verildiyi, futbolçunun komandanı və şəhəri tərk etdiyi öyrənilib. Donkorun da eyni səbəblərdən klubdan FİFA-ya şikayət etdiyi iddia edilir.