Simone İnzagi Çempionlar Liqasının finalının nəticəsindən asılı olmayaraq "İnter"lə vidalaşmağa hazırlaşır.
Lent.az bildirir ki, “La Gazzetta dello Sport”un jurnalisti Filipe Riççinin məlumatına görə, italyan məşqçi artıq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.
İnzaqinin Çempionlar Liqasının finalından dərhal sonra, iyunun 1-də Ər-Riyada gələcəyi gözlənilir. Orada o, ildə 20 milyon avro qazanacaq müqavilə imzalamalıdır.
Şayiələrə görə, məşqçinin ailəsi və ya onun nümayəndələrinin də yaxın vaxtlarda Səudiyyə Ərəbistanına gələrək yekun razılıq əldə edəcəyi gözlənilir.