Güləşçimiz erməniyə 10:0 qalib gəlib, Avropa çempionu OLDU
19 mart 2023 01:49 (UTC +04:00)

Güləşçimiz erməniyə 10:0 qalib gəlib, Avropa çempionu OLDU

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir Azərbaycan idmançısı qitənin ən güclüsü olub.

Lent.azc Apasport.az saytına istinadən xəbər verir ki, Dağıstan əsilli güləşçimiz Məhəmməd-Bəşir Xanıyev (70 kq) finalda Ermənistan idmançısı Hayk Papikyana 10:0 qalib gələrək qızıl medal qazanıb. 

Rəşid Babazadə (65 kq) Fransanı təmsil edən Həmzət Arsamerzuyevlə görüşə zədə üzündən çıxa bilməyib və gümüş medalla kifayətlənib.

Səbuhi Əmiraslanov (79 kq) isə Ermənistan güləşçisi Narek Qriqoryana 4:1 qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərimizdən İslam İlyasov (97 kq) final görüşünə çıxacaq.

# 1947
avatar

Oxşar yazılar