"Heç kim gəlməyəcək, heç kim getməyəcək" -  Ançelotti 
30 yanvar 2023 13:51 (UTC +04:00)

"Heç kim gəlməyəcək, heç kim getməyəcək" - Ançelotti 

"Real”ın baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsində komandasında bir daha yeni transfer olmayacağını bildirib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, həmçinin əmin edib ki, heç kim “Kral klubu”nu tərk etməyəcək.

“Transfer bazarı bizim üçün bağlıdır: heç kim gəlməyəcək və heç kim getməyəcək. Yanvarda heç nə olmayacaq”, - italyan insayderlər mütəxəssisdən sitat gətirirlər.

Xatırladaq ki, 18 turdan sonra "Real" 42 xalla İspaniya çempionatının turnir cədvəlində lider "Barselona"dan 5 xal geri qalır.

Madrid klubu son oyununda evdə "Real Sosyedad"ı məğlub edə bilməyib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.


 

# 1350
avatar

Oxşar yazılar