İtaliyanın 3 klubu  "Mançester Yunayted"in oyunçusunu almaq istəyir
23 may 2025 10:23 (UTC +04:00)

İtaliyanın 3 klubu "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund İtaliyaya qayıda bilər. 

Lent.az xəbər verir ki, 22 yaşlı danimarkalı futbolçu uğrunda mübarizəyə "İnter" də qoşulub. A Seriyası klubu yay transfer pəncərəsində forvardı gücləndirici hesab edir.

Bundan əvvəl Höylundla İtaliyanın daha iki komandasının - "Yuventus" və "Napoli"nin də maraqlandığı bildirilib.

Apreldə məlum olub ki, "Mançester Yunayted" oyunçunu 60 milyon avroya satmağa hazırdır.

Höylund "Atalanta"nın heyətində A Seriyasında çıxış edib. Bu mövsüm danimarkalı bütün turnirlərdə 51 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar