ABŞ təmsilçisi Fabiano Karuana Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi olub. Lent.az-ın məlumatına görə, Bakıda təşkil olunan turnirdə hesablarında 24 xal olan macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Fabiano Karuana Armagedonda üz-üzə gəliblər. Görüşdən qalib ayrılan ABŞ şahmatçısı turnirin qalibi adına sahib olub. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan memorial Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilib.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Karuana Vüqar Həşimov superurnirinin qalibi oldu: İLK DƏFƏ
Oxşar yazılar

“Fənərbaxça”nın prezidenti BAKIDA
17 iyun 2025 , 23:41
"Qarabağ" braziliyalı futbolçu transfer edir
17 iyun 2025 , 22:44
Braziliyalı futbol əfsanəsi Ronaldo və Messi arasında seçim etdi
17 iyun 2025 , 19:33
Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atıldı
17 iyun 2025 , 19:10
Lamin Yamal Neymarla görüşmək üçün Braziliyaya getdi
17 iyun 2025 , 18:43
"Barselona"nın əsas transfer hədəfi məlum oldu
17 iyun 2025 , 15:15
Neymarın atası oğlu ilə bağlı xəbəri TƏSDİQLƏDİ
17 iyun 2025 , 12:25