Klopp "Liverpul"un vida gecəsində rəqs etdi - VİDEO
21 may 2024 18:45 (UTC +04:00)

Klopp "Liverpul"un vida gecəsində rəqs etdi - VİDEO

İngiltərə klubu Yurgen Kloppun gedişi şərəfinə ziyafət təşkil edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Liverpul"un futbolçuları və məşqçilər heyəti İngiltərə Premyer Liqasının 38-ci turunun "Vulverhempton"la oyunundan sonra baş məşqçi Yurgen Kloppla vida gecəsi təşkil edərək 2023/2024 mövsümünün sonunu qeyd ediblər.

56 yaşlı alman məşqçi Con Barnsın çıxış etdiyi səhnədə rəqs edib.

"Liverpul" 2023/2024 mövsümünü İngiltərə Premyer Liqasının turnir cədvəlini üçüncü yerdə başa vurub. Komanda 38 oyundan 82 xal toplayıb.

2024-cü ilin yanvar ayının sonunda Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. Yurgen Klopp 2015-ci ilin oktyabrından mersisaydlıları çalışdırır. Onun rəhbərliyi altında mersisaydlılar Premyer Liqa, İngiltərə Kuboku və Super Kuboku, Liqa Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla bütün əsas turnirlərin qalibi olublar. “Liverpul” “Feyenord”un keçmiş baş məşqçisi Arne Slotun yeni mövsümdən klubun baş məşqçisi olacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar