“Liverpul”da  50 avrokubok oyunu   qazanan ilk baş məşqçidir
22 sentyabr 2023 12:44 (UTC +04:00)

“Liverpul”da 50 avrokubok oyunu qazanan ilk baş məşqçidir

Sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunun LASK - "Liverpul" oyunu keçirilib. Görüş Yurgen Kloppun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alman mütəxəssis üçün bu, klubun avrokuboklarda 50-ci qələbəsidir. O, "Liverpul"un sükanı arxasında avrokuboklarda 50 qələbə qazanan ilk məşqçi olub.

Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İngiltərə çempionu, İngiltərə Kuboku və Superkubokunun qalibi, UEFA Çempionlar Liqasının qalibi və UEFA Super Kubokunun qalibi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3152

Oxşar yazılar