Londonda sürücü "Liverpul" forması ilə  "Çelsi" stadionunun yanından keçdi: işdən qovuldu
10 oktyabr 2025 17:43 (UTC +04:00)

Londonda sürücü "Liverpul" forması ilə "Çelsi" stadionunun yanından keçdi: işdən qovuldu

0

Londonluların mersisaydlıları 2:1 hesabı ilə məğlub etdiyi oyun günü məşhur avtobus sürücüsü "Liverpul" forması geyinərək "Stemford Bric"in qarşısından keçərək işini itirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Çelsi" azarkeşləri 21 yaşlı sürücü Ayzek "Liverpul" forması geyindiyini görüb ictimai nəqliyyatın qarşısını kəsiblər.

"Gülməli görünür, amma əslində qorxulu olub. Pəncərəni açmağa çalışıblar və mən onu basıb saxlamalı oldum", - Ayzek deyib.

Sürücü daha sonra uniforma qaydasını pozduğuna görə işdən qovulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar