“Mançester Siti” "dünyanın ən parlaq  gənc futbolçusu"nu transfer etdi - 100 milyona
26 avqust 2026 19:28 (UTC +04:00)

“Mançester Siti” "dünyanın ən parlaq gənc futbolçusu"nu transfer etdi - 100 milyona

0

“Mançester Siti” yarımmüdafiəçi Əyyub Buaddini transfer etdiyini açıqlayıb. Futbolçu ilə müqavilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.

Lent.az xəbər verir ki, Mərakeş millisinin 18 yaşlı üzvünün əvvəlki klubu Fransanın “Lill” komandası olub. O, 2023-cü ildən “Lill”in əsas komandasında çıxış edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədə olub.

Buaddi 2025/2026 mövsümündə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində 5 oyun keçirib, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

“Mançester Siti” yeni transferini dünyanın ən parlaq gənc futbolçularından biri kimi təqdim edib.

Məlumata görə, İngiltərə klubu Buaddinin transferi üçün 100 milyon avro ödəyib. “Transfermarkt” isə futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4

Oxşar yazılar