İngiltərənin "Mançester Yunayted" futbol komandası hücum xəttini gücləndirməyi planlaşdırır.
Lent.az-ın xarii mediaya istinadla məlumatına görə, mankunianlılar Liam Delapla müqavilə imzalamağa hazırlaşır. Hazırda bu hücumçu uğrunda mübarizədə “Mançester Yunayted” liderdir.
Bununla belə, Avropa Liqasının finalının nəticəsinin təklif olunan transferə təsir edə biləcəyini nəzərə almaq lazımdır. Nəticədən asılı olaraq klub Delapı almaq qərarına yenidən baxa bilər.
Hazırkı müqaviləyə əsasən, futbolçunun transfer dəyəri 40 milyon funt-sterlinqdir.
Bu mövsüm Delap 38 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.