"Mançester Yunayted" yayda  5 futbolçu alacaq
05 iyul 2022 14:44 (UTC +04:00)

"Mançester Yunayted" yayda 5 futbolçu alacaq

"Mançester Yunayted" bu yay transfer bazarında böyük alışlar etməyə hazırlaşır. 

Lent.az bildirir ki, “Manchester Evening News”un məlumatına görə, “qırmızı şeytanlar” eyni anda 5 futbolçu ilə müqavilə imzalamaq istəyir.

Yeni baş məşqçi Erik ten Haqın komandanı gücləndirməsi üçün əsas variantları vətənində Hollandiyada axtarır. İngiltərə klubu "Feyenoord"un müdafiəçisi Tayrella Malasia və danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin transferi ilə bağlı demək olar ki, razılığa gəlib.

Mankunianlılar həmçinin "Barselona"nın yarımmüdafiəçisi Frenk de Yonq, "Ayaks"ın cinah oyunçusu Antoni və mərkəz müdafiəçisi kimi çıxış edə biləcək "Amsterdam"ın yarımmüdafiəçisi Lisandro Martinesi də heyətinə qatmaq istəyir.

Bütün transferlərin bu ay həyata keçirilməsi planlaşdırılır. "Mançester Yunayted"ə ilk yeni gələn futbolçunun bu həftə təqdim olunması planlaşdırılır.
 

# 777
avatar

Oxşar yazılar