"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın çıxışını dəyərləndirib.
Lent.az bildirir ki, bu barədə Barca Universal məlumat yayıb.
“Onun oyununa baxanda... Məsələn, “İnter”lə yarımfinalın ikinci yarısını götürək – mən həyatımda belə bir şey görməmişəm. Bu, müstəsna bir şey idi - bacarıq və baş verənlərə nəzarət.
Belə inamlı və yetkin oyunu izləmək heyrətamiz idi. Hamımız əla vaxt keçirdik. Buna görə Lamin gənc nəsil üçün əsl ilham mənbəyinə çevrildi. "Hər dövrün öz qəhrəmanları var və bu, əladır", - Zidan deyib.
Yamal "Barselona"nın heyətində ümumilikdə 106 oyun keçirib, 25 qol vurub və 34 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin iyulun 13-də 18 yaşı tamam olacaq.
Çempionlar Liqasının yarımfinalında "Barselona" "İnter"ə ümumi hesabda uduzub (3:3, 3:4 əlavə vaxtda). Yamal ilk oyunda qol vurub.