Messi daha bir beynəlxalq mükafat üçün yarışır
12 aprel 2024 17:54 (UTC +04:00)

Messi daha bir beynəlxalq mükafat üçün yarışır

Lionel Messi daha bir mükafat ala bilər. Argentinalı dünyanın ən yaxşı idmançısına təqdim edilən Laureus Dünya İdman Mükafatına namizədlər sırasındadır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Laureus Dünya İdman Mükafatı 2000-ci ildən verilir. İlk laureat 2001-ci ildə qalib gələn qolfçu Tayqer Vuds olub. Qolfçu Andre Aqassi, Moris Qrin, Mixael Şumaxer və başqalarını keçib.

Hazırda ən çox qələbə qazanan Rocer Federerdir. Əfsanəvi tennisçi mükafatı beş dəfə alıb.

Lakin Lionel Messi tezliklə isveçrəlilərə yaxınlaşa bilər. İndiyədək argentinalı iki dəfə qalib gəlsə də, yenidən namizədlər siyahısındadır.

“İnter Mayami”nin oyunçusundan başqa, daha bir futbolçu - “Mançester Siti”nin hücumçusu Erlinq Holland da mükafata layiq görülüb. Siyahını Maks Verstappen, Noah Layls, Armand Duplantis və Novak Cokoviç tamamlayır.

Laureus Dünya İdman Mükafatı 2024-ün təqdimetmə mərasimi aprelin 22-nə planlaşdırılıb. Təntənəli tədbir Madriddə keçiriləcək.

# 1623
avatar

Oxşar yazılar

Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23