Messinin  yeni baş məşqçisinin   adı AÇIQLANDI
05 iyul 2022 18:35 (UTC +04:00)

Messinin yeni baş məşqçisinin adı AÇIQLANDI

Cəmi bir saatlıq fərqlə PSJ-nin rəsmi saytı komandanın məşqçi heyətində baş verən dəyişikliklərlə bağlı məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, parislilərin ilk xəbəri 2021-ci ilin yanvarından komanda ilə işləyən argentinalı məşqçi Maurisio Poçettinonun qovulması olub. Mütəxəssis Fransa çempionluğunu və Fransa kubokunu qazanıb. Lakin Avropa yarışlarında ulduzlar komandası nəzərəçarpacaq uğur qazana bilməyib.

Onun əvəzinə komandanı 55 yaşlı Kristof Qaltye çalışdıracaq. Məşqçi ilə 2024-cü il iyunun 30-dək iki mövsümlük müqavilə imzalanıb. Fransızın əvvəlki iş yeri “Nitsa” olub. 

Maurisio Poçettino

Qaltye 2020/21-ci il mövsümündə “Lill”i Fransa çempionu edib. Mütəxəssis üç dəfə Liqa 1-in ən yaxşı məşqçisi seçilib: 2013, 2019, 2021.

Kristof Qaltye

 


 

# 2013
avatar

Oxşar yazılar