Milli komandanın kapitanı: Qələbəni şəhid qardaşımıza həsr etdik 
31 yanvar 2023 01:09 (UTC +04:00)

Milli komandanın kapitanı: Qələbəni şəhid qardaşımıza həsr etdik 

“İlk növbədə bizə bu şəraiti yaradan Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. Biz yarışa on gün əvvəl getdik. Çünki hava şəraiti ilə bağlı atların uyğunlaşması lazım idi”. 

Lent.az-ın xəbərinə bunu APA-ya açıqlamasında Azərbaycan milli polo komandasının kapitanı Elçin Camallı bildirib. 
O, komanda olaraq qələbəsini şəhidlərə həsr etdiyini vurğulayıb: “Oyuna başlamamışdan əvvəl eşitdik ki, qardaşımız şəhid olub. Komanda olaraq qərara aldıq ki, qələbələrimizi şəhid və qazilərimizə həsr edək. Birinci gün oyunda qalib gəldik. Qələbəmizi İranda şəhid olmuş qardaşımıza həsr etdik. Azərbaycan hər yerdə özünü göstərən bir dövlətdir. Biz polo oyunlarında da sübut etdik ki, hər meydanda öz gücümüzü göstərməyə qadir dövlətik”. 
 

# 2220
avatar

Oxşar yazılar