“Nottinqem” Postekoğu ilə yenə uduzdu:  təyin olunduqdan bəri heç bir oyunda qalib gəlmədi
06 oktyabr 2025 15:47 (UTC +04:00)

“Nottinqem” Postekoğu ilə yenə uduzdu: təyin olunduqdan bəri heç bir oyunda qalib gəlmədi

0

Bukmekerlər Ange Postekoğlunun istefaya göndəriləcək növbəti Premyer Liqa baş məşqçisi olacağını istisna etmirlər.

Lent.az-ın xəbərinə görə, “Nottinqem Forest” bu dəfə “Nyukasl”a uduzub.

Onun təyinatından sonrakı nəticələri təqdim edirik:

“Arsenal” - 0:3, “Sionsi” - 2:3, “Bernli” – 1:1, “Betis” – 2:2, “Sanderlend” – 0:1, “Midtyulland” – 2:3 və “Nyukasl” – 0:2.

Bundan əvvəl avstraliyalı 100 il ərzində ilk 6 oyununda qələbə qazana bilməyən ilk “Nottinqem Forest” baş məşqçisi olub. Baş məşqçi postunda Nuno Eşpirito Santonu əvəzləyən komanda iki dəfə heç-heçə edib, dörd oyunda uduzub.

Ancaq komandanın rəhbərliyi “Nyukasl” ilə oyun ərəfəsi Postekoğlunu dəstəklədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar