Onlar “Mançester Yunayted”dən  gedə bilərlər
25 yanvar 2023 02:01 (UTC +04:00)

Onlar “Mançester Yunayted”dən gedə bilərlər

“Mançester Yunayted” cari transfer pəncərəsində müdafiəçi Harri Maquayr və yarımmüdafiəçi Skott Maktomin ilə yollarını ayırmaq fikrində deyil. 

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hər iki futbolçu Erik ten Haqın gələcək planlarına daxil deyil.

Harri Maquayr

Mənbənin sözlərinə görə, mankuniyalılar gələn yay futbolçuların təkliflərini nəzərdən keçirəcəklər. Baş məşqçinin sözlərinə görə, bu mövsüm hələ ki "qırmızı şeytanlara" da kömək edə bilərlər.

Skott Maktomin

Əlavə edək ki, bu mövsüm Maquayr “Mançester Yunayted”in heyətində 15 oyun keçirib və heç bir qol vurmayıb. Maktomin 24 görüş keçirib, iki qol vurub və bir məhsuldar ötürmə verib.

# 1701
avatar

Oxşar yazılar