PSJ braziliyalı futbolçunu almaq istəyir
28 yanvar 2023 12:52 (UTC +04:00)

PSJ braziliyalı futbolçunu almaq istəyir

PSJ braziliyalı yarımmüdafiəçi Malkomun transferi ilə bağlı Sankt-Peterburq “Zenit”inə rəsmi təklif hazırlayır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Paris klubu futbolçunun bu qış transferinə razılığını artıq alıb. PSJ Malkomu aktivləşdirilməsi asan olacaq alış opsionu ilə icarəyə götürmək niyyətindədir.

Malkom 2019-cu ildə “Barselona”dan “Zenit”ə keçib. Rusiyada keçirdiyi bu müddət ərzində o, üç dəfə ölkə çempionu olmağı bacarıb, bir dəfə Rusiya kubokunu və üç dəfə superkuboku qazanıb. Onun hazırki klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

# 1662
avatar

Oxşar yazılar