"Qarabağ"dan bilet satışı ilə bağlı XƏBƏRDARLIQ
05 noyabr 2026 17:21 (UTC +04:00)

"Qarabağ"dan bilet satışı ilə bağlı XƏBƏRDARLIQ

0

"Qarabağ" Futbol Klubu bilet satışı ilə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, oyun günü Azersun Arena-nın kassalarında fiziki bilet satışının həyata keçirilməyəcəyi bildirilib. 

Kassalarda yalnız onlayn bilet əldə etmək istəyən azarkeşlərimizə QR-biletin alınması ilə bağlı dəstək xidməti göstəriləcək.

Azarkeşlərimizdən biletlərini əvvəlcədən iTicket.az saytı və ya mobil tətbiqi vasitəsilə əldə etmələrini xahiş edirik.

Anlayışınız üçün təşəkkür edirik!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar