“Real” transferi üçün  son cəhdi   edəcək
06 dekabr 2023 19:12 (UTC +04:00)

“Real” transferi üçün son cəhdi edəcək

"Real" PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni transfer etmək üçün son cəhd etmək niyyətindədir.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Kral klubu”nun rəhbərliyi 2024-cü il yanvarın 1-də müqavilə təklifi ilə 24 yaşlı forvardın nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırır. Futbolçunun qərar vermək üçün iki həftə vaxtı olacaq - bildirilir ki, əgər Mbappedən yanvarın 15-dək cavab gəlməsə, o zaman "Real" onunla müqavilə bağlamaq cəhdini dayandıracaq və İspaniyada evi və yarımmüdafiəçi Cud Bellinqem ilə yaxın münasibəti olan "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalanda keçəcək. 

Bu mövsüm Mbappe Liqa 1-də 13 oyunda iştirak edib, 15 qol vurub və iki məhsuldar ötürmə edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392
avatar

Oxşar yazılar