Ronaldo “Mançester Yunayted”lə bağlı fikrini qətiləşdirdi
25 iyun 2022 00:30 (UTC +04:00)

Ronaldo “Mançester Yunayted”lə bağlı fikrini qətiləşdirdi

0

Kriştiano Ronaldo bu mövsüm “Mançester Yunayted”i tərk etmək fikrində deyil.

Lent.az Apasport.az saytına istinadən xəbə verir ki, 37 yaşlı forvard bu yay komandasını dəyişmək fikrinə müsbət yanaşmır.

Bir gün əvvəl Portuqaliya millisinin kapitanının “Mançester Yunayted”in transfer bazarındakı passivliyindən narazı olduğu və bu üzdən ayrılmaq istədiyi yayılmışdı. Lakin CR7 “qırmızı şeytanlar”ın iyulun əvvəlində başlayacaq mövsümöncəsi təlim-məşq toplanışına qatılacağını deyib.

Qeyd edək ki, Kriştiano Ronaldo ötən mövsüm bütün turnirlərdə 39 oyunda 24 qol vurub, 3 məhsuldar ötürmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2970

Oxşar yazılar