Kriştiano Ronaldo bütün zamanların ən yaxşı futbolçularından biri hesab olunur və onun kubokları da bunun təsdiqləyir.
O, karyerası ərzində beş “Qızıl top” mükafatı qazanıb.
Lent.az xəbər verir ki, 2013-cü ildə o, 27,99 faiz səslə "Qızıl top"u qazanaraq Lionel Messinin 4 illik seriyasına son qoyub.
Uzun illər sonra Kriştiano ikinci “Qızıl top”unu xeyriyyə məqsədi ilə satmağa qərar verib. O, nüfuzlu kuboku Londonda həyati təhlükəsi olan xəstəliklərlə mübarizə aparan uşaqlara arzularını yerinə yetirən Britaniya xeyriyyə təşkilatı Make-A-Wish Fondunun xeyrinə hərraca çıxarıb.
Hərracın qalibi “Qızıl top” üçün 600 min avro ödəyən israilli milyonçu İdan Ofer olub.
Oferin 2025-ci ildə xalis sərvəti 25 milyard dollar olaraq qiymətləndirilir və o, hətta Ronaldonun o zamankı agenti Jorje Mendeş ilə birlikdə “Qızıl top”la da poza verib.