Ronaldo yenidən Avropa futboluna  qayıda bilər
24 may 2024 09:57 (UTC +04:00)

Ronaldo yenidən Avropa futboluna qayıda bilər

“Əl-Nəsr”in 39 yaşlı hücumçusu Kriştiano Ronaldo yenidən Avropa futboluna qayıda bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Səudiyyəli jurnalist Əlhaz Mutabın sosial şəbəkələrdə verdiyi məlumata görə, Ronaldo ilə “Bayer Leverkuzen” maraqlanır. Qeyd olunur ki, futbolçunu şəxsən məşqçi Xabi Alonso dəvət etmək istəyir. İspan təcrübəli Ronaldonun Bundesliqa və Çempionlar Liqasında “Bayer”ə kömək edəcəyinə əmindir.

Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 42 matçda iştirak edib, 42 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Oxşar yazılar