Roy Kin
26 yanvar 2023 18:17 (UTC +04:00)

Roy Kin

Ronaldonun gedişi Reşforda düşərli olub – Roy Kin

Keçmiş yarımmüdafiəçi Roy Kin hücumçu Markus Reşfordun yüksək performansını portuqaliyalı Kriştianu Ronaldonun komandanı tərk etməsi ilə izah edib.

Lent.az bildirir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Bir oyunçu klubu tərk edəndə məsuliyyət digər oyunçunun üzərinə düşür. O artıq uşaq deyil. O, buna hazır olmalıdır. Deyəsən, indi o, bu məsuliyyətdən həzz alır və bunu izləmək əladır”, - Kin bildirib.

Əlavə edək ki, “Mançester Yunayted” Qətərdə keçirilən dünya çempionatına görə yaranan fasilə zamanı Kriştiano Ronaldo ilə müqaviləni pozub. Buna səbəb futbolçunun klubu və əsas komandanın məşqçilər korpusunu tənqid etdiyi müsahibəsi olub.


 

# 1503
avatar

Oxşar yazılar