"Sabah" çempion "Qarabağ"ı məğlub etdi
14 aprel 2024 21:11 (UTC +04:00)

"Sabah" çempion "Qarabağ"ı məğlub etdi

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

Lent.az xəbər verir ki, günün son oyununda "Sabah" və "Qarabağ" üz-üzə gəlib. "Bank Respublika Arena"da baş tutan görüş "Sabah"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.

# 1737
avatar

Oxşar yazılar