Tarixin  ən yaxşı   30 komandası: Qvardiola üç ən yaxşı klubun  arxitektoru
07 iyul 2025 15:39 (UTC +04:00)

Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru

Elo reytinqi uzun müddət şahmatda istifadə olunur və yalnız 1997-ci ildə statistika və futbol azarkeşi Bob Runyan onu futbol reallıqlarına köçürüb.

Nə üçün istifadə olunur? 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ilk növbədə, oyunların nəticələrini proqnozlaşdırmaq və komandaları keçmiş performanslarına əsasən sıralamaq üçün. Reytinq komandanın gücünü əks etdirir: nə qədər yüksəkdirsə, bir o qədər güclüdür.

Bu biliklərə əsaslanaraq və Elo göstəricisinin pik dəyərinə dair məlumatlarla tarixin ən güclü 30 komandası tərtib edilib.

Birinci yerdə 2012-ci ilin "Barselona"sı, ikinci yerdə 2014-cü ilin "Bavariya"sı, üçüncü yerdə isə elə 2014-cü ilin “Real” klubu qərarlaşıb. O vaxt bu klubları Pep Qvardiola və Karlo Ançelotti idarə edirdi.

Təəccüblüdür ki, ilk dördlükdə ispan məşqçinin əli olan üç komanda var.
Ən son əlavələr Mikel Artetanın “Arsenal”ı ötən mövsümün nəticəsinə görə 13-cü pillədə qərarlaşıb, “İnter” 16-cı və PSJ 19-cu yerdədir. Bəli, İnzaqinin komandası Elo reytinqinə görə Enrikedən güclüdür, hansı ki, sonuncu Liqa 1, Fransa Kuboku və Çempionlar Liqasını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar