Xabi Alonsonun "Bayer"i tarixində ilk dəfə  çempion oldu
14 aprel 2024 21:55 (UTC +04:00)

Xabi Alonsonun "Bayer"i tarixində ilk dəfə çempion oldu

Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer Leverkuzen" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb.

Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

Qeyd edək ki, Alonsonun yetirmələri bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb

# 1740
avatar

Oxşar yazılar