“Qalatasaray” rəsmisi “Neftçi”nin yalanını  üzə çıxardı
13 dekabr 2012 18:51 (UTC +04:00)

“Qalatasaray” rəsmisi “Neftçi”nin yalanını üzə çıxardı

Bakıda səfərdə olan “Qalatasaray” klubunun idarə heyətinin üzvü Abdurrahim Albayrak dekabrın 16-da “Fənərbağça” ilə keçirəcəkləri Türkiyə Superliqası matçı barədə danışıb. Lent.az-ın məlumatına görə, Albayrak görüşü təkcə Türkiyədə deyil, Avropada ən çox izlənilən derbilərdən biri kimi dəyərləndirib.

 

O bildirib ki, həm “Fənərbağça”, həm də “Qalatasaray” Türkiyədə inamla addımlayırlar. “Cim-Bom” rəsmisi hər iki kluba uğurlar arzulayıb: “İnşallah, centlmencəsinə bir görüş olmasını, arzulayıram. Burada da komandamız bir öncüllük edəcək, tərəfdarlarımız ən böyük olduqlarını göstərəcək, hər iki komandanı alqışlayacaqlar. Gözəlliklərin hamısı “Qalatasaray”la başlayıb. Ona görə də təkcə öz klubumuza deyil, “Fənərbağça”ya da uğurlar arzulayıram. Oyunu evlərindən izləyəcək milyonlarla insan sülh şəraitində bir oyuna şahidlik etsinlər. Bu, təkcə mənim yox, bütün idman adamlarının arzusu olmalıdır. Biz bu səviyyəyə gəldiyimiz zaman daha gözəl şeylər olacaq. İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyuson “Qalatasaray”la oyundan sonra bizim otağımıza gəldi, oturub söhbətləşdik, çay içdik, bir-birimizə uğurlar arzuladıq. Artıq belə hallara öyrəşməliyik”.

 

Albayrak məhz derbi ilə əlaqədar “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və onun köməkçilərinin Azərbaycana gələ bilmədiklərini söyləyib. O, “Fənərbağça” ilə görüşə ciddi hazırlaşdıqlarını açıqlayıb: “Bazar günü “Fənərbağça” ilə çox önəmli oyuna çıxacağıq. Bu, dünya tarixinə düşən derbilərdəndir. Komandamız bu oyuna ciddi hazırlaşır. Mən isə sizləri çox sevdiyim üçün dəvəti qəbul etdim, ilk dəfə “Qalatasaray”ın səhər məşqinə qatılmadım və bura gəldim. Amma məşqçilərimizdən inciməyin. Orada da işimiz çoxdur. Önümüzdə çox önəmli derbi var. Bildiyiniz kimi, Portuqaliya “Braqa”sı ilə matçdan sonra Türkiyənin Sivas şəhərinə yollanmışıq, oradan gəlib ölkə kuboku oyununa çıxmışıq. Futbolçularımız kimi, məşqçilərimiz də yorğundurlar. Ona görə də anlayışla qarşılamağınızı xahiş edirəm”.

 

Klub rəsmisi “Qalatasaray”ın Bakıya nə zaman gələcəyi ilə bağlı sualı da cavablandırıb. O, ölkəmizə gəlməyi çox istədiklərini, Azərbaycanı öz canları kimi sevdiklərini deyib: “Bura çox önəm verdiyimiz ölkədir. Sevməsəydik, bura gəlməzdik. Amma komandamız da mütləq Azərbaycana gələcək. İnşallah, təlim-məşq toplantıları müddətində Bakıya gələrək, həm yoldaşlıq görüşü keçirərik, həm də dərdləşərik. Sizlər üçün darıxmışıq, bunu açıq-aşkar deyə bilərəm”.    

 

Qeyd edək ki, bir müddət öncə “Neftçi” klubunun rəhbərliyi “Qalatasaray”la əməkdaşlığa başladıqlarını bildirmişdi. Albayrak isə belə bir əməkdaşlığın olmadığını açıqlayıb: “Xeyr, belə bir şey yoxdur”.

 

 

# 1201
avatar

Oxşar yazılar

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55