AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb
18 oktyabr 2015 16:04 (UTC +04:00)

AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb

Bu gün AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə gələn il Fransada keçiriləcək final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 8 komandanın rəqibləri bilinib

 

Bu komandalardan 4-ü səpələnmiş, digər 4-ü isə səpələnməmişlər səbətində yer alıb.

Qeyd edək ki, püşkatmada iştirak edən 8 komanda AVRO-2016-nın seçmə mərhələsini 3-cü pillədə başa vuraraq "pley-off"da oynamaq hüququ əldə ediblər.

 

A qrupunda çıxış edən Türkiyə yığması isə ən yaxşı qrup üçüncüsü kimi final mərhələsinə birbaşa vəsiqə qazanıb.

 

Səbətlər aşağıdakı kimi formalaşmışdı:


Səpələnmişlər: Bosniya və Herseqovina, Ukrayna, İsveç və Macarıstan

Səpələnməmişlər: Danimarka, İrlandiya, Norveç və Sloveniya

 

Püşkatmadan sonra rəqiblər bəlli olub:

 

1. Ukrayna – Sloveniya

2. İsveç – Danimarka

3. Bosniya və Hersoqovina – İrlandiya

4. Norveç - Macarıstan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241

Oxşar yazılar