Azad Rəhimovdan Qəbələdə fəxri ad istədilər
05 avqust 2013 15:08 (UTC +04:00)

Azad Rəhimovdan Qəbələdə fəxri ad istədilər

Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-də Qəbələdə vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllıdan olan 40 sakin iştirak ediblər.

 

Qəbələ Mədəniyyət Mərkəzində baş tutan tədbirdə müraciət edən vətəndaşlardan ən çoxu güzəştli ipoteka krediti və idman sahəsində fəxri ad almaq üçün üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

 

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra Rəhimov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək, onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

 

# 810
avatar

Oxşar yazılar