Azərbaycan futbolunda daha 4 “saqqallı uşaq”
18 dekabr 2012 17:47 (UTC +04:00)

Azərbaycan futbolunda daha 4 “saqqallı uşaq”

Futbol üzrə Azərbaycan çempionatının aşağı liqalarında sənədləri saxtalaşdırılmış daha 4 oyunçu aşkarlanıb. Lent.az-ın məlumatına görə, belə hal U-14 və U-13 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun heyətində üzə çıxıb.

 

Bunlar U-13 Liqasından Rauf Məlikzadə və Ramil Fətullayev, U-14 Liqasından isə Ziyamin Hüseynov və Malik Malikzadədir. Lakin Hüseynov və M.Malikzadə oyunlarda iştirak etməyiblər. AFFA İntizam Komitəsi R.Məlikzadə və Fətullayevin çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verib. Hər iki klubun baş məşqçisi Elşən Atakişiyev futbolçuların lisenziyalarını saxtalaşdırıldığı üçün 1 il müddətinə futboldan uzaqlaşdırılıblar.

 

 

# 1459
avatar

Oxşar yazılar