Azərbaycan Kubokunda bütün cütlüklər bəlli oldu
14 oktyabr 2015 23:50 (UTC +04:00)

Azərbaycan Kubokunda bütün cütlüklər bəlli oldu

Bu gün keçirilən üç oyunla Azərbaycan kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, bu görüşlərdən sonra 1/8 finalın bütün cütlükləri müəyyənləşib.

 

 1/16 final mərhələsində "Şahdağ"a qalib gələn "Şəmkir" 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.  "Turan Tovuz" isə MOİK-i yolundan kənarlaşdırdığı üçün "İnter"lə qarşılaşacaq.

 

 Sonuncu 1/8 finalçı isə “lotoreya” ilə bəlli olub. Belə ki, “Bayıl Arena”da “Şərurspor”la qarşılaşan “Qaradağ Lökbatan” 3:3 hesabı ilə bitən oyunun ardından penalti seriyasında debütantı sıradan çıxararaq “Neftçi”yə rəqib olub.

 

Beləliklə, Azərbaycan Kubokunun 1/8 finalında aşağıdakı qarşılaşmalar baş tutacaq.

 

1/8 final mərhələsi

 

“Turan-Tovuz” - “Inter”

“Rəvan” - “Bakı”

"Qarabağ" - “Şəmkir”

AZAL - “Zirə”

“Sumqayıt” - “Neftçala”

“Neftçi” - “Qaradağ Lökbatan”

“Xəzər Lənkəran” - “Kəpəz”

“Qəbələ”  - “Mil-Muğan”

 

Qeyd edək ki, bu mərhələnin oyunları dekabrın 2-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar