Bir söyüşün qiyməti 4000 manat...
18 dekabr 2012 13:01 (UTC +04:00)

Bir söyüşün qiyməti 4000 manat...

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XVII turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran”-“Neftçi” matçında meydan sahiblərini 5, qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki kluba 1000 manat cərimə kəsilib.

 

 

84-cü dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri meydançaya kənar əşya atıblar ki, bu da cənub klubuna daha 2000 manat cərimə bahasına başa gəlib. Fasilə zamanı isə hər iki klubunun azarkeşləri oturacaqları sındırıblar. Bu səbəbdən, “Neftçi” “Xəzər Lənkəran”a dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun ödəmə etməlidir.

 

 

“Bakı” ilə oyunun 90+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Qara Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb. Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq.

 

“Rəvan” – “Sumqayıt” matçında  hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimələnib. “Qəbələ” ilə görüşdə isə 7 futbolçusu sarı vərəqə alan “Simurq” eyni məbləğdə ziyana düşüb. 85-ci dəqiqədə “Qəbələ” azarkeşləri meydançaya kənar əşya atıblar ki, bu da kluba 2000 manat cərimə bahasına başa gəlib. Oyun başa çatdıqdan sonra “Simurq”un qapıçısı David Petrjkeviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qapıçı 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimələnib.

 

# 1607
avatar

Oxşar yazılar