Erməni boksçu azərbaycanlı rəqibindən qorxub rinqə çıxmadı
23 oktyabr 2014 15:45 (UTC +04:00)

Erməni boksçu azərbaycanlı rəqibindən qorxub rinqə çıxmadı

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında Avropa çempionatı keçirilir. Lent.az-ın azerisport-a istinadən məlumatına görə, Azərbaycan yığması turnirdə inamla çıxış edir. Artıq 2 boksçumuz yarımfinala vəsiqə qazanıb. Bunlar Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirovdur (+91 kq). Qeyd edək ki, ¼ finalda idmançılarımız Qaik Pozoyan (Gürcüstan) və Qnel Muradyana  (Ermənistan) qalib gəliblər. Yusifzadə rəqibini 3:0 hesabı ilə məğlub etdiyi halda, Tahirovun erməni rəqibi rinqə çıxmayıb. Erməni idmançı səbəb göstərmədən rinqə çıxmaqdan imtina edib

 

Qeyd edək ki, yarımfinalda Yusifzadə Bolqarıstan boksçusu Daniel Asenovla, Tahirov isə Almaniya idmançısı Peter Kadira ilə döyüşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766

Oxşar yazılar