FİFA-dan Platini barədə yeni qərar
12 oktyabr 2015 21:35 (UTC +04:00)

FİFA-dan Platini barədə yeni qərar

Bu gün FİFA-da UEFA prezidenti Mişel Platininin vəzifəsindən və futbol fəaliyyətindən 3 ay müddətinə uzaqlaşdırılası ilə bağlı qərarından apelyasiya şikayətinə baxılıb.

 

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bugünkü iclasda qeyd olunub ki, Platininin vəkillərinin UEFA prezidenti ilə bağlı qərar verilərkən onun özünümüdafiə hüququnun təmin edilməməsi ilə bağlı iddiaları əsassızdır.

 

“FİFA-nın etik komitəsinin üzvləri Platini barədə qərar verməzdən öncə onunla beş saata yaxın söhbət aparıblar. Bu söhbətin stenoqramı 50 səhifədən çoxdur” – deyə FİFA-dan bildirilib.

 

Qurumda həmçinin M.Platinin apelyasiya şikayətinin təmin olunmaması barədə qərar verilib. Fransalı futbol adamı FİFA prezidentliyindən 3 ay müddətinə uzaqlaşdırılan Zepp Blatterden 2 milyon İsveçrə frankını qanuni əsasda olması barədə sübut təqdim edə bilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar