Futbolçu oyun başlar- başlamaz meydandan qovuldu
05 avqust 2013 18:54 (UTC +04:00)

Futbolçu oyun başlar- başlamaz meydandan qovuldu

Avstriyanın “Rapid” klubunun futbolçusu Maksimilian Hofmann “Şturm”la ölkə çempionatı matçında meydana çıxdıqdan 1 dəqiqə sonra qırmızı vərəqə alıb. Lent.az-ın məlumatına görə, 19 yaşlı Hofmann “Rapid”in əsas heyətində debüt matçındaca meydandan qovulub.

 

O, “Şturm”la qarşılaşmada start heyətində yer alıb. 1-ci dəqiqədə rəqib komanda sürətli hücum qurub. Bu zaman Hofmann “Rapid”in cərimə meydançasında hücumçu Robert Beriçə qarşı kobud oynayıb. Müdafiəçi qırmızı vərəqə alıb, komandasının qapısına isə penalti təyin olunub. Nikola Vuyadinoviç bu imkanı qaçırmayıb. Amma oyunu azlıqda keçirməsinə baxmayaraq, “Rapid” 4:2 hesablı qələbə qazanıb.

 

# 1262
avatar

Oxşar yazılar