İdmançılara və məşqçilərə mükafatlar təqdim olunub
18 dekabr 2012 19:21 (UTC +04:00)

İdmançılara və məşqçilərə mükafatlar təqdim olunub

 

Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə idmanın inkişafındakı xidmətlərinə görə Namiq Abdullayevə, Məmməd Eyvazova, Rəhman Hətəmova, Ceyhun Məmmədova Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları, Yaşar Allahverdiyevə, Fikrət Südeifzadəyə və Ramiz Yusifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.

Daha sonra Olimpiya Oyunları çempionları Valeri Belenkiyə, Toğrul Əsgərova və Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi barədə dövlətimizin başçısının Sərəncamı oxunub.

Dövlət başçısı Toğrul Əsgərova və Şərif Şərifova MOK-un “Olimpiya” ordenini təqdim edib.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova medalların hazırlanması üzrə tanınmış mütəxəssis İvan Kopıtkinin müəllifi olduğu Heydər Əliyevin barelyefini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev bir daha idmançıları təbrik etdi, onlara işlərində uğurlar arzulayıb.

 

 

# 744
avatar

Oxşar yazılar