Topaz Premyer Liqası: Növbəti tur derbilərlə başlayır
05 avqust 2013 15:45 (UTC +04:00)

Topaz Premyer Liqası: Növbəti tur derbilərlə başlayır

Futbol üzrə Topaz Premyer Liqasında II turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turun ilk oyun gününə paytaxt derbiləri təsadüf edəcək.

 

İlk turu məğlubiyyətlə başa vuran komandalardan AZAL avqustun 10-da saat 19:00-da “Bakı”nı, “Rəvan” isə saat 21:00-da “Neftçi”ni sınağa çəkəcək. Ertəsi gün turun mərkəzi qarşılaşması keçiriləcək. İlk turu “Bakı” üzərində 2:1 hesablı qələbə ilə başa vurmuş “Qəbələ” “Qarabağ”a eyni hesabla uduzmuş “İnter”i qəbul edəcək. Tura Lənkəran və Bakıda eyni vaxtda başlanacaq “Xəzər Lənkəran” – “Simurq” və “Qarabağ” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

 

10 avqust (şənbə)

 

19:00. AZAL (Bakı) – “Bakı”
Bakı, AZAL Arena stadionu

 

21:00. “Rəvan” (Bakı) – “Neftçi” (Bakı)
Bakı, “Bayıl Arena”

 

11 avqust (bazar)

 

18:00. “Qəbələ” – “İnter” (Bakı)
Qəbələ şəhər stadionu

 

20:00. “Xəzər Lənkəran” – “Simurq” (Zaqatala)
Lənkəran şəhər mərkəzi stadionu

 

20:00. “Qarabağ” (Ağdam) – “Sumqayıt”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

# 918
avatar

Oxşar yazılar