Zidan bu komandanın baş məşqçisi olmağı arzulayır
26 sentyabr 2023 12:20 (UTC +04:00)

Zidan bu komandanın baş məşqçisi olmağı arzulayır

Zinəddin Zidan məşqçilik karyerasını bərpa edə bilər.

Lent.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Məlumata görə, mütəxəssis ancaq Fransa millisinə rəhbərlik etmək istəyir. Qeyd olunur ki, Zidan 2024-cü il Avropa çempionatının sonuna qədər gözləmək niyyətindədir və bundan sonra onun təyinatı mümkün olacaq. Fransa millisini hazırda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandanı qalib edən Didye Deşam çalışdırır.

Fransız mütəxəssis 2016-2018, eləcə də 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə La Liqa çempionluğuna aparıb, iki dəfə İspaniya Superkubokunu və 
UEFA Super Kubokunu qazanıb. Həmçinin iki dəfə Klublararası Dünya Kubokunun və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

# 17010
avatar

Oxşar yazılar

Təbriz klubu ikinci pilləyə yüksəldi

Təbriz klubu ikinci pilləyə yüksəldi

7 dekabr 2023 , 23:17
“İnter”lə  müqaviləni uzatmaqdan   imtina etdi

“İnter”lə müqaviləni uzatmaqdan imtina etdi

7 dekabr 2023 , 19:32
Poqba futboldan kənarlaşdırılır

Poqba futboldan kənarlaşdırılır

7 dekabr 2023 , 18:02
111 illik tarixində ilk dəfə  aşağı liqaya   düşdü

111 illik tarixində ilk dəfə aşağı liqaya düşdü

7 dekabr 2023 , 12:44
Qvardiola karyerasına son qoyur

Qvardiola karyerasına son qoyur

7 dekabr 2023 , 11:20
Baş məşqçi  Messiyə görə   millidən ayrılır

Baş məşqçi Messiyə görə millidən ayrılır

6 dekabr 2023 , 22:54
“Real” transferi üçün  son cəhdi   edəcək

“Real” transferi üçün son cəhdi edəcək

6 dekabr 2023 , 19:12
"Bavariya"dan  çox gözlənilməz    transfer

"Bavariya"dan çox gözlənilməz transfer

6 dekabr 2023 , 17:17