Bakı-Böyük Kəsik dəmiryolunun yarısı təmir edilib - FOTO
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 12 -14 dekabr tarixlərində növbəti yol qoyuluşu həyata keçiriləcək və Səngəçal-Qaradağ mənzilində 5,5 km yol əsaslı təmir olunacaq.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi yolun 50 %-i, yəni 158,5 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Oxşar yazılar

“Bakcell” 4-cü YAŞAT düşərgəsinin tərəfdaşıdır
18 iyun 2025 , 19:43
Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub
18 iyun 2025 , 11:12
Bakının bu ərazilərində qaz kəsiləcək
17 iyun 2025 , 16:55
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
17 iyun 2025 , 15:43“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olundu
17 iyun 2025 , 15:06
Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib
17 iyun 2025 , 12:40
Yaxın Şərqdəki hadisələrə görə AZAL-ın ləğv olunan reyslərinin SİYAHISI
16 iyun 2025 , 15:08