Bakıda ən bahalı və ən ucuz mənzillər
0
0
Ötən ay ən bahalı evin 1 kvadratmetri 4800, ən ucuzunun qiyməti isə 611 dollar olub
İyul ayında Bakının daşınmaz əmlak bazarındakı ucuz mənzillərin qiymətində artım qeydə alınıb. Ötən ay belə mənzillərin 1 kvadratmetrinin qiyməti 1350 dollar olub. Bahalı mənzillərdə isə 0,8 faiz azalma baş verib.
“MBA konsaltinq” şirkətinin rəhbəri Nüsrət İbrahimov Lent.az-a açıqlamasında bildirib ki, iyun ayında Bakıda 70,4 kvadratmetr mənzilin orta qiyməti 98 min 957 dollar təşkil edib. Kirayə bazarında isə 1,4 faiz artım qeydə alınıb. Amma ötən ay ilkin bazarda 2,6 azalma olub. Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə ilkin kirayə bazarında 9,4 faiz azalma var.
Bütövlükdə ötən ay daşınmaz əmlak bazarında orta qiymətlər 0,1 faiz azalıb, indekslə azalma isə 0,5 faiz olub. Nüsrət İbrahimov bildirib ki, ötən ay bazarın aktivliyində də azalma müşahidə olunub. Onun sözlərinə görə, hazırda Bakı şəhərində ən bahalı mənzillər Səbayel və Nəsimi rayonları ərazisində qeydə alınıb. İyul ayında bu rayonlarda ən bahalı evin 1 kvadratmetr 4800 dollar olub. Ən ucuz mənzillər isə şəhərin nisbətən kənar hissəsində – Suraxanı rayonunda qeydə alınıb. Hazırda bu rayonda ən ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 611 dollardır.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05