Azərbaycandan Ermənistana növbəti neft məhsulları yola salındı -  VİDEO
09 yanvar 2026 15:40 (UTC +04:00)

Azərbaycandan Ermənistana növbəti neft məhsulları yola salındı - VİDEO

0

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır./ “APA-Economics” 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1780

Oxşar yazılar