“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində®
20 iyun 2022 18:01 (UTC +04:00)

“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində®

“Azərpoçt” MMC-nin Bakı və Abşeron məntəqələrində təqdim edilən “Azercell” xidmətlərindən yaxın gələcəkdə bütün şöbələrdə istifadə mümkün olacaq

Biznes modelinə dəyişiklik edərək yeni istiqamətlərdə fəaliyyət göstərən “Azərpoçt” MMC-nin növbəti tərəfdaşı ölkənin lider mobil operatoru “Azercell Telekom”dur. “Azərpoçt” sahibkarların məhsul və xidmətlərinin bütün ölkə üzrə təqdim olunmasını nəzərdə tutan “Retail” qolu vasitəsilə “Azercell Telekom”un ödəmə kartları və digər xidmətlərini öz məntəqələrində vətəndaşlara təklif edir.

İlkin mərhələdə xidmətlər Bakı və Abşeron ərazisində göstərilir, gələcəkdə isə bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.

Xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları məntəqələrdə abunəçilərin “Azercell” xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirəcəklər.

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən “Azercell” Müştəri xidmətləri mərkəzləri, “Azercell” Eksklüziv ofisləri, “Azercell” rəsmi diler məntəqələri və “ASAN Xidmət” mərkəzlərində abunəçilərə göstərilən xidmət çeşidləri yaxın zamanda “Azərpoçt” məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.

Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, elektron hökumət və biznes xidmətləri təqdim edir. Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt”un “Azercell Telekom”la əməkdaşlığı hər iki quruma müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

# 1653
avatar

Oxşar yazılar