«Azercell» şirkəti «Biznesim» korporativ paketlərini dəyişdirir – İNTERNET HƏCMİ ARTIRILIR – YENİLƏNMİŞ PAKETLƏR
22 fevral 2024 12:49 (UTC +04:00)

«Azercell» şirkəti «Biznesim» korporativ paketlərini dəyişdirir – İNTERNET HƏCMİ ARTIRILIR – YENİLƏNMİŞ PAKETLƏR

«Azercell Telekom» şirkəti «Biznesim» tarif paketlərində dəyişiklik edir.

Martın 25-dən etibarən «Biznesim» tarif paketlərində ediləcək dəyişikliklər nəticəsində paketə daxil olan internet həcmi artırılaraq yenilənmiş tarif paketlər təqdim olunacaq.

Tarif paketlərində internet həcminin kəskin şəkildə artırılmasına baxmayaraq onların qiymətlərində cüzi dəyişiklik edilir – 1-2 manat bahalaşır.

Belə ki, abunəçilərə cəmi 1 GB internet həcmi təklif edən “Biznesim 1GB” tarif paketi 3 GB internet təklif edən “Biznesim 3GB” tarif paketi ilə əvəz ediləcək.

Paket çərçivəsində təqdim olunan pulsuz danışıq dəqiqələri (ölkədaxili 700 dəqiqə) və SMS-sayı (500 SMS) dəyişməz qalıb. Qeyd edək ki, müasir dövrdə internetin və informasiya texnologiyalarının həyatımızdakı yerini nəzərə aldıqda, indiyədək “Biznesim 1GB” tarif paketi çərçivəsində abunəçilərə təqdim olunan 1 GB həcmində internet trafiki artıq aylıq istifadə üçün kifayət etmir. Ona görə bu tarif paketini istifadə edən müştərilər üçün 3 dəfə artıq həcmdə interneti olan daha optimal yeni «Biznesim 3GB» paketi yaradılır – qiyməti 14 manatdır.

Digər paketlərlə də müqayisə aparılsa eyni alqoritm müşahidə ediləcək. Əgər şirkət öncə 5GB olan paketi 22 AZN-ə, 10GB-lıq tarif paketi 32 AZN-ə, 50 GB-lıq paketi 52 AZN-ə təqdim edirdisə, yenilənən paketlərdə daha böyük həcmli internet təqdim olunacaq.

Ətraflı burada:

İndiyədək mövcud olan «Biznesim 3GB» tarif paketinin adı “Biznesim 6GB” adına dəyişdirilir. Nəticədə abunəçilər pulsuz danışıq və SMS-lərlə yanaşı, 3GB əvəzinə 6GB həcmində, yəni 2 qat daha artıq internet trafiki əldə edəcəklər – bu paketin qiyməti 19 manat müəyyən olunub.

«Biznesim 5GB» tarif paketi daha geniş internet imkanları olan «Biznesim 9GB» paketi ilə əvəz olunur. Tarif paketinə daxil olan internetin həcmi təqribən 2 dəfə - 5 GB-dan 9 GB-a dəyişdirilir – bu paketin qiyməti isə 24 manatdır.

Abunəçilərə 10 GB internet trafiki təqdim edən «Biznesim 10GB» tarif paketi isə 15 GB həcmdə internetə malik olan «Biznesim 15GB» tarif paketi ilə dəyişdirilir. Qeyd edək ki, bu tarif paketinə daxil olan digər xidmətlər - 4000 dəqiqə ölkədaxili pulsuz danışıq, 20 dəqiqə beynəlxalq danışıq imkanı və 2000 SMS dəyişilməz qalıb – yeni tarif paketi müştərilərə 34 manata təqdim olunacaq.

Tarif paketlərində dəyişikliklərin edilməsi eyni zamanda «Azercell Telekom»un korporativ sektor arasında populyar olan «Biznesim 50GB» tarif paketinə təsir edib – yeni tarif paketi «Biznesim 55GB» adlanır. İndiyədək bu tarif paketinə daxil olan 50 GB həcmində internet trafikinin həcmi artırılaraq 55 GB-a çatdırılıb. Bu tarif paketi çərçivəsində 7000 ölkədaxili danışıq dəqiqəsi və 3000 SMS dəyişməz qalıb – yeni tarif paketinin qiyməti isə 54 manat olacaq.

Martın 25-dən təqdim olunacaq «Biznesim» tarif paketləri bunlardır:

Tarifin əvvəlki adı

Tarifin yeni adı

Qiyməti (ƏDV daxil, AZN)

Korporativ zənglər

Danışıq

İnternet

SMS

Beynəlxalq zənglər

Biznesim 1GB

Biznesim 3GB

14

Limitsiz

700 dəqiqə (ölkədaxili)

3GB

500

-

Biznesim 3GB

Biznesim 6GB

19

Limitsiz

1300 dəqiqə (ölkədaxili)

6GB

1000

-

Biznesim 5GB

Biznesim 9GB

24

Limitsiz

2500 dəqiqə (ölkədaxili)

9GB

2000

10 dəqiqə

Biznesim 10GB

Biznesim 15GB

34

Limitsiz

4000 dəqiqə (ölkədaxili)

15GB

2000

20 dəqiqə

Biznesim 50GB

Biznesim 55GB

54

Limitsiz

7000 dəqiqə (ölkədaxili)

55GB

3000

30 dəqiqə

 

 

 

 

# 2382
avatar

Oxşar yazılar