"Azəriqaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ OLACAQ
25 may 2023 16:50 (UTC +04:00)

"Azəriqaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ OLACAQ

0

SOCAR "Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.

Lent.az xəbər verir ki, “Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası may 26-sı saat 11:00-da başlayacaq.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1836

Oxşar yazılar