"Azercell" qadınları dəstəkləyən müsabiqə elan edir
25 avqust 2026 16:03 (UTC +04:00)

"Azercell" qadınları dəstəkləyən müsabiqə elan edir

0

Şirkət qadınların iqtisadi və sosial imkanlarını artıran layihələrin qəbuluna başlayır

Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlayır. Müsabiqənin məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yeni bilik və bacarıqlar qazanılması, eləcə də ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edən təşəbbüsləri dəstəkləməkdir.

Layihələrin qiymətləndirilməsi zamanı rəqəmsal bacarıqların inkişafına, inklüziv imkanlar yaradılmasına və texnologiyaların tətbiqi vasitəsilə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.

Təqdim olunan layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə qaliblərinə layihələrinin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.

Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini Azərbaycan dilində 30 sentyabr 2026-cı il tarixinədək link vasitəsilə təqdim edə bilərlər. Müraciətə layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsü də əlavə olunmalıdır.

Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən, müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar