“iPhone 18 Pro” modellərinin rəng seçimləri  məlum oldu
26 avqust 2026 02:38 (UTC +04:00)

“iPhone 18 Pro” modellərinin rəng seçimləri məlum oldu

0

“Apple”ın sentyabrda təqdim etməyə hazırlaşdığı “iPhone 18 Pro” və “Pro Max” modellərinin yeni rəng seçimləri məlum olub.

Lent.az xəbər verir ki, məlumata görə, əvvəlki nəsildəki kosmik narıncı rəngi qırmızı ilə bənövşəyinin qarışığı olan tünd albalı rəngi əvəz edəcək.

Bundan başqa, gümüşü, tünd boz və açıq mavi rənglər də təqdim olunacaq.

Qatlana bilən “iPhone Ultra” modelinin isə ağ, gümüşü və tünd mavi rənglərdə satışa çıxacağı bildirilir.

Qiymətinin 2 min dollardan çox olacağı gözlənilən cihazın sentyabrın 9-u təqdim edilməsi və 18 sentyabrda satışa çıxması nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar